2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan 268,11 min ton buğda idxal edib ki, bu da 2022-ci ilin göstəricisindən 78,03 faiz və ya 117,51 min ton yüksəkdir.

Foodinfo.az bu barədə bu gün Dövlət Gömrük Komitəsinin (DGK) bülleteninə istinadən xəbər verir.

DGK-nın məlumatlarına əsasən, buğda idxalı dəyər ifadəsində 81,987 milyon dolları keçib (57,81 faiz artım).

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,63 faizini təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda qida məhsullarının idxalı dəyər ifadəsində 6,69 faiz və ya 22,6 milyon dollar artaraq 360,368 milyon dollara çatıb.