Çiy hisə verilmiş kolbasadan mütəmadi istifadə orqanizmə müsbət təsir göstərir. Buna ətin tərkibindəki əvəzolunmaz amin turşuları və heyvan mənşəli zülallar kömək edir.

 Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq-psixoloq Anastasiya Kondaurova danışıb.

Onun sözlərinə görə, zülal orqanizm üçün vacib qidalandırıcı maddədir, toxumaların böyüməsi və bərpası, sağlam əzələlərin və immun sisteminin qorunması üçün lazımdır.

Bununla belə, çiy hisə verilmiş məhsullardan çox yemək də zərərlidir. Qida rasionu mümkün qədər balanslı olmalı və müxtəlif məhsulları əhatə etməlidir.