Arıqlamaq və sağlam həyat tərzinə riayət etmək məsələsi həmişə aktualdır.

Xüsusilə, çörəkdən imtina etməməyi, ancaq artıq çəkidən uğurla xilas olmaq hər kəsin arzusudur. Bunun üçün buğda çörəyini çovdar çörəyi ilə əvəz etmək olar.

Buğda unundan hazırlanan ağ çörək və xəmir məmulatları yüksək kalorili (100 qr-da 250 kkal-dan çox) və yüksək glisemik indeksinə (90-dan çox) görə arıqlamağı çətinləşdirir.

Eyni zamanda, kəpək və ya çovdar çörəyi daha az kaloriyə malikdir (təxminən 180-185 kkal), daha çox lif ehtiva edir və qanda qlükoza səviyyəsini artırmadan bədən tərəfindən daha yaxşı mənimsənilir.

Nərmin