Cənubi Koreyalılar səhər yeməyindən başlayaraq sağlam qidalanmaya önəm verirlər. Xəstəliyin ən az olduğu ölkələrdən biri olan Koreya insanları bir əsr əvvəl D vitamini çatışmazlığına son qoyan möcüzəvi ləzzəti kəşf etdilər.

 Foodinfo.az xəbər verir ki, D vitamini çatışmazlığı ən çox Koreyalılarda rast gəlinir. Çünki günəşi görmə nisbəti çox aşağıdır. Bu səbəbdən səhər yeməyində D vitamini çatışmazlığına son verən ləzzətləri seçirlər. Onlardan biri yumurta sarmasıdır. Yumurta sarısı yüksək miqdarda D vitamini ehtiva edir. Xüsusilə bu sarı hissəsində daha yüksəkdir. 

Yumurta əzələ və sümük inkişafından daha çox orqanların funksionallığını artırır. Yumurta sarısı digər maddələr sayəsində həm D vitamini, həm də yüksək səviyyədə fol turşusu ehtiva edir.

Yumurta ruletinə lazım olanlar:

2 yumurta

3 xörək qaşığı yağ

1 qırmızı bibər

1 yaşıl bibər

1budaq yaşıl soğan

1 diş sarımsaq

yarım stəkan süd

Qara bibər, duz, kimyon, pul bibəri

D vitamini anbarı olan yumurta ruleti necə hazırlanır?

Tavaya yağ tökün və ocağın xodunu azaldın.

Yumurtaları bir qabda yaxşıca çalın.

Onlara süd əlavə edin.

Sonra sarımsağı rəndələyin.

Bibər və soğanı xırda doğrayıb əlavə edin.

Ədviyyatları əlavə etdikdən sonra bir dəfə blenderdən keçirin.

Bütün inqrediyentlər qarışdırıldıqdan sonra kepçenin köməyi ilə isti tavaya nazik təbəqə ilə tökün.

Sonra digər tərəfini bişirin.

Qalanını bişirdikdən sonra yuvarlanan rulonu dilimlərə kəsin.