Dünya bazarında taxılın dəyəri artmağa başlayıb. 

Foodinfo.az xəbər verir ki, taxıl qiymətləri həftəyə 2-2,5 faizlik yüksəlişlə başlayıb.

Buna səbəb isə ilk növbədə Rusiyanın taxıl dəhlizi”ni bloklaması barədə xəbərlər olub. Həmçinin Ukrayna taxılına bir sıra Aİ ölkələrində qadağa qoyulması da səbəblər sırasında göstərilib. 

Qeyd edək ki, taxılın qiymətində ən yüksək artım Parisin “Euronext” birjasında müşahidə olunub (2,4 faiz). Çikaqo birjasında isə artım minimal həddə (0,1 faiz) olub.