“Rusiya-Ukrayna müharibəsindən sonra həyata keçirilən “Taxıl dəhlizi” qlobal ərzaq böhranının öhdəsindən gəlməkdə önəmli rol oynayır”.
Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Məhsul İxtisas Birjası (TÜRİB) sədri Ali Kırali deyib.
“Quraqlığın məhsul yığımına təsiri ilə yanaşı qarşıdakı ay sona çatacaq “Taxıl sazişi”nin uzadılıb uzadılmayacağı qiymətləri müəyyən edəcək”, - deyə o bildirib.
A.Kıralı qeyd edib ki, sazişdən sonra eniş trendinə keçən qida qiymətləri indeksi yanvar ayında ötən ilin eyni ayının göstəricisindən aşağı düşüb.