Ürək xəstəlikləri üçün kifayət qədər miqdarda "kompleks" karbohidratlar istehlak etmək tövsiyə olunur. Bu baxımdan yaxşı qidalar tərəvəz, meyvə, tam taxıl (buğda, yulaf, arpa), paxlalılar (lobya, noxud, mərcimək) və kartofdur.

Foodinfo.az bildirir ki, gündə 4-5 porsiya "mürəkkəb" karbohidratlar yemək faydalıdır.

Kardioloqların fikrincə, həm heyvan zülalını (məsələn, dərisiz quş əti), həm də bitki mənşəli (paxlalılar, qoz-fındıq) istehlak etmək eyni dərəcədə vacibdir.

Həmçinin duz qəbulunu gündə 4-5 q-a qədər məhdudlaşdırmaq lazımdır, çünki duz qan təzyiqini artırır.

Şəkərli içkilər və ya tort kimi sadə karbohidratlı qidaları daha az yeməyə dəyər. Şəkərdə yüksək olan qidalar qlükoza səviyyəsinin artmasına səbəb olur.

Nurlan