Ən sağlam çörək növü tam taxıl və ya tam buğda çörəyi hesab olunur. Foodinfo.az xəbər verir ki, bu çörək taxılın bütün hissələrindən – qabıq, dən və rüşeymdən ibarət olduğu üçün daha çox lif, vitamin və mineral ehtiva edir. 

Tam taxıl çörəyi qan şəkərini tənzimləməyə, uzun müddət toxluq hissi yaratmağa və həzm sistemini dəstəkləməyə kömək edir. 

Bundan əlavə, çovdar çörəyi də yüksək lif tərkibli olduğundan ürək sağlamlığını qoruyur və qan təzyiqini tənzimləyir. 

Qlütenə həssas olanlar üçün isə qəhvəyi düyü və ya qarabaşaq unundan hazırlanmış çörəklər daha sağlam seçimlərdir.