Meyvə və tərəvəzin qabığını soyan insanlar azdır, lakin bunu etmək son dərəcə vacibdir. Foodinfo.az xəbər verir ki, bu barədə Çinin Anhui Kənd Təsərrüfatı Universitetinin alimləri bildiriblər.

Müəlliflər müxtəlif qidaların, o cümlədən xiyar və almanın qabıqlarında olan maddələri araşdırıblar. Nəticələr göstərib ki, bu meyvələrin qabığında təhlükəli miqdarda pestisidlər var - hətta hərtərəfli yuyulma bu maddələri çıxarmaq üçün kifayət deyil.

Xüsusilə, almaları tədqiq edərkən mütəxəssislər pestisidlərin su ilə yuyulduqdan sonra təkcə qabıqda qalmadığını, həm də meyvənin xarici təbəqəsinə nüfuz etdiyini aşkar ediblər.