Diyetoloq Anna Şafer xəbərdarlıq edib ki, meyvə və giləmeyvə ilə insan C vitamini, fol turşusu, beta-karotin, kalium ala bilər, lakin onların həddindən artıq yeyilməsi sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.

Foodinfo.az xəbər verir ki, ÜST-nin tövsiyələrinə əsasən, gündəlik qida rasionunda ən azı 400 qram nişastasız tərəvəz və meyvələr olmalıdır.

Həkim qeyd edib ki, sənaye üsulu ilə yetişdirilən müasir meyvə və giləmeyvə 30 il əvvəl yetişdirilən meyvələrlə müqayisədə beş dəfə çox şəkər ehtiva edir. Bu fakt nəzərə alınmalıdır. Müasir elmi məlumatlara görə, istehlak edilən artıq fruktoza trigliseridlərin və sidik turşusunun sintezi üçün istifadə olunur.

Meyvə və giləmeyvələrdən maksimum fayda əldə etmək istəyirsinizsə, o zaman pəhrizinizə daha çox yabanı giləmeyvə daxil edin.