“Böyük Yeddilik” (G7) ölkələri taxıl sazişinin tam həyata keçirilməsini, müddətinin uzadılmasını və genişləndirilməsini qəti olaraq dəstəkləyirlər.
Bu barədə qrupun kənd təsərrüfatı məsələləri üzrə nazirlərinin Miyazakidə keçirilən danışıqlarının yekunları barədə birgə bəyanatında deyilir.
Nazirlər, eyni zamanda, “Böyük Yeddiliy”in Ukraynaya kənd təsərrüfatı infrastrukturunun bərpasında, həmçinin ukraynalı fermerlərə maliyyə dəstəyinin göstərilməsində dəstək verməyə hazır olduqlarını bəyan ediblər. Bundan əlavə, qrupun üzvləri kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsidə Ukrayna hökumətinə kömək etmək niyyətindədir.