Adətən salatların vazkeçilməzi olan göy soğan ən çox israfa səbəb olan məhsullardandır. Soyuducuda saxlanılan göy soğanın xarab olması səbəbindən israf olunması insanı bezdirə bilər. Ancaq bəzi üsullarla göy soğanı xarab olmadan uzun müddət saxlamaq mümkündür.
Foodinfo.az göy soğanları xarab olmadan uzun müddət saxlama yollarını təqdim edir.
Göy soğanın təravətini qorumaq və xarab olmamaq üçün ən təsirli üsul banka üsuludur. Göy soğan içi su ilə dolu bankaya qoyulur. Banka da pəncərənin günəş düşən tərəfinə qoyulur. Bu şəkildə yaşıl soğan böyüməyə davam edəcək və bütöv şəkildə saxlamaq mümkün olacaq.
Göy soğan üçün məşhur düzgün saxlama üsulu kağız dəsmal üsuludur. Bazardan və ya marketdən alınan göy soğan sulu dəsmala sarılaraq saxlanılır. Beləcə göy soğan soyuducuda uzun müddət xarab olmayacaq və təravətini saxlayacaq.
Bu soğanı soyuducuda çox uzun müddət saxlandıqda solur. Bu zaman göy soğanı buzlu suya atıb 15 dəqiqə saxlasanız, təzə alınmış kimi təzə olar.
Göy soğanı dondurucuda da saxlamaq olar. Bunu edərkən soğan yaxşıca yuyulmalı və qurudulmalıdır. Sonra soğan doğranır və torbaya qoyulur. İstifadəsi istənildikdə əridərək istifadə edilə bilər.
Göy soğan xüsusilə yay aylarında çox tez xarab olur. Bu üsulları tətbiq edənlər israfçılığın qarşısını ala bilərlər. Əks halda, göy soğan istifadə edilmədən birbaşa zibil qutusuna gedə bilər.