Humus Orta Şərqdə geniş yayılmış, çörək və tərəvəz ilə təqdim edilən, yəhudi və ərəb mətbəxinə aid məşhur qəlyanaltıdır. Noxud püresindən hazırlanan bu yeməyi süfrəyə salatlarınn yanında da verə bilərsiniz. Humus zülal, B3 və B6 vitaminləri, həmçinin dəmir və kaliumla zəngin olduğu üçün çox faydalıdır.
Foodinfo.az oxuculara bu yeməyin reseptini təqdim edir.
Lazım olan ərzaqlar:
noxud - 2 stəkan;
zeytun yağı - 3 x.q;
limon suyu - 1/2 x.q;
sarımsaq - 1 diş;
duz - 1 ç.q;
qara istiot - 1/2 ç.q.
Hazırlama qaydası:
Hazırlanması çox sadədir və xüsusi təcrübə tələb etmir. Sadəcə noxudu qaynadın və qalan inqrediyentlərlə qarışdırıb blenderdə püre halına gətirin.
Məhsulu bankaya töküb soyuducuda 7 günə qədər saxlaya bilərsiniz.
Reseptə zövqə görə dəyişikliklər də etmək olar. Məsələn, qaynadılmış çuğundur, bibər və ya avokado ilə humusa əlavə dad qata bilərsiniz.