Mətbəximizin vazkeçilməz tərəvəzlərindən biri olan kartof demək olar ki, hər yeməyə yaraşır.
Foodinfo.az xəbər verir ki, düzgün istehlak edildikdə insan sağlamlığı üçün son dərəcə əhəmiyyətli bir tərəvəz olan kartofun qabığında bir çox faydalar var. Kartofun qabığını atmaq əvəzinə ondan faydalana bilərsiniz.
Bəs kartof qabığı nə üçün faydalıdır?
Kartof qabığının ən təsirli istifadə üsullarından biri, şübhəsiz ki, ağ saçlardır. Kartof qabığını qaynadıb suyunu saçınıza sürtdükdə ağarmış saçlarınızın rəngləndiyini və əvvəlki halına qayıtdığını görəcəksiniz.
Qaralmış gümüşü əşyalarınızı təmizləmək üçün istifadə edə biləcəyiniz ən təsirli üsul kartof qabığıdır. Kartof qabığının tərkibindəki komponentlər gümüşün parlamasına kömək edir.
Paslanmış mətbəx qablarını cilalamaqda çox müvəffəqiyyətli olan kartof qabığı köhnə əşyalarınızın yeni kimi görünməsinə kömək edəcək.