Kartof qızartması təkcə bizim mətbəximizdə deyil, dünyanın demək olar ki, hər yerində ən çox istehlak edilən qidalardan biridir. Xüsusilə fast food istehlakının artması ilə kartof qızartması istehlakında da ciddi artım müşahidə olunub. Müəyyən edilib ki, qızardılmış yemək yeyən insanlarda narahatlıq pozğunluğu və depressiya riski artır.

Foodinfo.az bildirir ki, "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan 11 illik araşdırma çərçivəsində qızardılmış qida qəbul edən 140 mindən çox insanın məlumatları təhlil edilib. Bu araşdırma nəticəsində qızardılmış yemək istehlakı ilə depressiya arasında əlaqə olduğu ortaya çıxıb.

Böyük Britaniyada 500 min insanın sağlamlıq məlumatlarını ehtiva edən UK Biobank-dan əldə edilən məlumatlar Çinin Hançjou şəhərində bir qrup elm adamı tərəfindən təhlil edilib.

Bu analizin nəticələrinə görə, kartof qızartması yeməyin narahatlıq pozğunluğu riskini 12 faiz, depressiya riskini isə 7 faiz artırdığı ortaya çıxıb. Tədqiqatçılar, əldə edilən nəticələrin qızartma prosesində meydana gələn akrilamid adlı kimyəvi maddə ilə əlaqəli ola biləcəyini müdafiə etdilər.

Fərid