İdeal qaynadılmış kartof yumşaq, dağılan və dadlı olur. Məhz belə bir nəticə əldə etmək üçün nə etmək lazımdır?
Foodinfo.az oxuculara bu barədə məlumatı təqdim edir.
Belə ki, kartof bişdikdən sonra onun suyunu süzün və qazanı dərhal gur yanan ocağın üstünə qoymalısınız. Qazanın dibi tez qızacaq və orada qalan su buxarlanacaq. Buxarlanan suyun fısıltısı kəsilən kimi qazı söndürün.
Nəticədə, kartof artıq sudan "qurtulacaq". Prosedurun sürəti yeməyin inanılmaz zərifliyinə zəmanət verəcək.
Kartofun daha dadlı olması üçün başqa bir "hiylə"dən də istifadə edə bilərsiniz.
Belə ki, yeməyi boşqaba çəkməyə tələsməyin. Qazana bir az kərə yağı atın və kartofun üzərinə doğranmış şüyüd səpin. Qazanın qapağını bağlayıb təxminən 7-8 dəqiqə gözləyin.
Nəticədə əsl kulinariya şedevri əldə edəcəksiniz!
Nuş olsun!
Natəvan