Qabarmış, görünüşü ilə iştahaçan, dadı ilə sizi valeh edən muffinlər hazırlamaq əslində olduqca praktikdir. Görünüşü ilə süfrələrinizi bəzəyəcək, sizi və qonaqlarınızı sevindirəcək muffinlər hazırlamaq üçün diqqət etməli olduğunuz bir neçə məqam var.

Əvvəlcə sizə lazım olan materiallardan danışaq: Muffin qabı və muffin kağızları. İstəsəniz qabı yağlayaraq kağızdan istifadə etmədən də hazırlaya bilərsiniz. Amma deyə bilərik ki, təqdimatda kağızlar daha zərif görünür.

Xəmirin tam qalxması üçün dincəlməsi çox vacibdir. Xəmiri hazırladıqdan sonra birbaşa bişirməyə getmək əvəzinə soyuducuda 30-40 dəqiqə dincəltməyi unutmayın.

Tərkibinə meyvə əlavə etmək istəyirsinizsə, xəmirinizi çox sulandırmayan meyvələri seçməlisiniz.

Dekorasiya hissəsi işin ən zövqlü hissəsidir, üzərinə şəkər tozu və ya darçın əlavə edə bilərsiniz. Daha gözəl görünüşü üçün kremlə də bəzəyə bilərsiniz.