Qidalanmada sarımsaq əsl “vitamin bombası” hesab olunur. Foodinfo.az xəbər verir ki, bu qida mütləq sağlam qidalanma həvəskarlarının pəhrizinə daxil edilməlidir. Bütün insanlar sarımsağı sevməsə də, bu tərəvəzin faydaları danılmazdır.

Sarımsağın immunitet sisteminə birbaşa təsiri var. Onun istehlakından sonra immun sisteminin xüsusi hüceyrələri - faqositlər və makrofaqlar aktivləşir.

Sarımsaq həm də qida zənginliyi ilə məşhurdur. Tərəvəzin tərkibində uçucu maddələr olan fitonsidlər, antioksidant allisin, B vitaminləri, həmçinin C, K vitaminləri və minerallar var. Belə müxtəlif tərkib antiviral, bakterisid və antifungal xüsusiyyətləri müəyyən edir. Həmçinin sarımsağın tərkibindəki müəyyən komponentlər sayəsində antihelmintik təsirə malikdir.

Xroniki qastrit, kəskin mədə xorası xəstəliyi olanlar bu qidadan qaçmalıdır.