Özbəkistanda ərzaq bahalaşmağa davam edir.
Foodinfo.az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Ümumilikdə cari ilin mart ayında ərzaq qiymətləri orta hesabla 1 faiz artıb. İstehlak sektorunda illik artım isə 11,7 faizə bərabər olub. Ölkədə qiymətlərin bahalaşması fonunda bu sahədə ərzaq məhsulları liderlik edib. Qeyri-ərzaq məhsullarında bahalaşma isə 0,7 faiz təşkil edib.