Bəlkə evdə dəfələrlə ərik mürəbbəsi, albalı mürəbbəsi və s. hazırlamısınız, amma pomidorla dadlı mürəbbə hazırlaya biləcəyinizi ağlınıza gətirməmisiniz .

Foodinfo.az bu yazıda pomidor mürəbbəsinin hazırlanma qaydasınını təqdim edir.

Pomidor mürəbbəsi üçün lazım olanlar aşağıdakılardır:

Pomidor 1000 qram

Şəkər 1000 qram

Gül 2 xörək qaşığı

Hil 1/3 çay qaşığı

Təzə limon suyu 2 xörək qaşığı

Keyfiyyətli mürəbbə hazırlamaq üçün yetişmiş və sağlam pomidorları seçərək qaynar suya atıb 5 dəqiqə qaynatmaq, sonra çıxarıb qabığını soymaq və pomidorları doğrayıb süzgəcdən keçirmək lazımdır. 

Uyğun bir qazana şəkər və 1 stəkan su töküb qatılaşana qədər alovun üzərinə qoyun.

Sonra qazana pomidor sousunu əlavə edin və 10 dəqiqədən sonra hil və qızılgül suyunu tökün. Alovu azaldın ki, pomidor suyu buxarlansın. Mürəbbənin hazırlanmasının son 5 dəqiqəsində limon suyunu əlavə edin və qeyd olunan müddətdən sonra alovu söndürün və mürəbbə soyuduqdan sonra şüşə qablara tökün və sərin yerdə saxlayın.