Pomidor, kartof, badımcan və bolqar bibəri kimi tərəvəzlər köp və şişkinlik kimi narahatlığa səbəb ola bilər.
Foodinfo.az bildirir ki, bu, onların tərkibindəki kükürd birləşmələrinin olması ilə əlaqədardır.
Sözügedən tərəvəzlər bağırsaq hərəkətliliyini yaxşılaşdırmağa və həzmi asanlaşdırmağa kömək edən, qəbizliyin qarşısını alan və müxtəlif mədə-bağırsaq xəstəliklərinin, o cümlədən xərçəngin inkişaf riskini azaldan liflə zəngin olduğuna görə mədə-bağırsaq traktına müsbət təsir göstərə bilər.
Eyni zamanda, belə tərəvəzlərin çoxlu miqdarda qəbulu bəzi insanlarda mədə-bağırsaq traktında problemlər yarada bilər.
Tərəvəzlər düzgün həzm olunmazsa, bağırsaqlarda yığılaraq qəbizlik yarada bilər. Bu, selikli qişanın qıcıqlanmasına və iltihabına səbəb ola bilər, həmçinin mədə-bağırsaq traktının müxtəlif xəstəliklərinə, o cümlədən xərçəngə tutulma riskini artırır.