Rusiyada ərzaq qiymətlərində kəskin bahalaşma qeydə alınıb. Foodinfo.az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, ən çox bahalaşan məhsullardan biri məhz soğandır. Təkcə 2023-cü ilin ilk iki ayında bu məhsul 62,5% bahalaşıb. Eyni tendensiya bir çox tərəvəzlərdə də müşahidə olunub.
Xiyar 54,7%, pomidor 37,7%, yerkökü isə 22,9% bahalaşıb.
Bununla yanaşı banan və çuğundur 14 faizdən çox, kartof 11,5 faiz, kələm 7,2 faiz, alma 6,5 faiz bahalaşıb.
Fərid