Lif insan orqanizminin tam udmadığı bir karbohidrat növüdür. Lakin onun sayəsində qan şəkərini və aclıq hissini tənzimləyə bilərsiniz.
Foodinfo.az bildirir ki, iki növ lif var. Və hər ikisi insan orqanizmi üçün faydalıdır. Onların arasında həll olunmayan və həll olunan liflər var.
Gündəlik pəhrizə lifli qidaları daxil etmək aşağıdakı səbəblərə görə dəyərlidir.
Lif istehlak edərək, qanda pis xolesterinin səviyyəsini azaldacaqsınız. Üstəlik, gündə 5-10 q lif kifayət edəcəkdir.
Lifli qida nəcisin həcmini, ölçüsünü artırır, yumşaldır, qəbizliyə kömək edir. Əgər ishaldan əziyyət çəkirsinizsə, o zaman pəhrizinizə həll olunan lif əlavə edin.
Liflə zəngin qidalar sizi uzun müddət tox saxlayır. Onlar həmçinin probiotik kimi çıxış edə bilərlər.
Lif qəbulu ürək və damar sağlamlığı üçün faydalı olan xolesterol səviyyəsini aşağı salmağa kömək edir. Məlumdur ki, lif sinir sisteminə yaxşı təsir edir, iltihabın qarşısını alır.
Sağlam, yüksək lifli qidalar yemək 2-ci tip diabetin inkişaf riskini azaldacaq.
Həzm sisteminin xərçənginə qarşı qorunma. Lif yoğun bağırsaqla əlaqəli xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Siz onu tərəvəzlərdən, meyvələrdən, paxlalı bitkilərdən, taxıllardan ala bilərsiniz.
Leyla