Səhər süfrələrinin vazkeçilməz tərəvəzləri arasında yer alan pomidor tərkibindəki vitaminlər sayəsində sağlam sayılsa da, səhv istehlak edildikdə faydadan çox zərər verir.
Foodinfo.az xəbər verir ki, xüsusilə çiy halda istehlak edilən pomidor böyrək funksiyalarından tutmuş bağırsaqlara qədər bir çox orqan üçün təhlükə yaradır.
- Dəridə ləkələrə səbəb olur
Likopenlə zəngin olan pomidorun həddindən artıq istehlakı likopenoderma adlanan dəri yamasına gətirib çıxarır. Bu ləkə xüsusilə üzdə və kürəkdə müşahidə olunur.
- Bağırsaq sağlamlığını təhdid edir
İrritabl bağırsaq sindromundan əziyyət çəkənlər çox pomidor yedikdə yanma və şişkinlik hiss edirlər.
- Sidik kisəsini eroziya edir
Pomidorların turşulu olması sidik kisəsini qıcıqlandırır. Çiy istehlak edilən pomidor tez-tez sidiyə səbəb olur.
- Dəri səpgilərinə səbəb olur
Pomidor heç vaxt körpələrə əlavə qida prosesində verilməməlidir.
Allergen qida olan pomidorun tərkibində “histamin” adlı maddə var. Bu maddə dərinin qıcıqlanmasına və qızartıya səbəb ola bilər.
- Reproduktiv sağlamlığı risk altına qoyur
Pomidor toxumlarında olan likopen xüsusilə kişilərin reproduktiv sağlamlığını təhlükə altına alır.
Pomidorun həddindən artıq istehlakı spermanı təşkil edən mayenin bir hissəsini ifraz edən prostat vəzlərinə də mənfi təsir göstərə bilər.