Bir çox mütəxəssislər səhərlər sıyıq yeməyi tövsiyə edirlər, lakin bütün taxıllar eyni dərəcədə faydalı deyil. Onların arasında ən pis seçim manna (irmik) sıyığıdır. 

Foodinfo.az xəbər verir ki, bu barədə terapevt və diyetoloq Natalya Sıçova danışıb.

Onun sözlərinə görə, mannanın faydası daha azdır, çünki tərkibində lif yox dərəcəsindədir. Lif bizə B vitaminləri verir, həmçinin bağırsaqlarda yaşayan faydalı bakteriyalar üçün əlverişli mühit yaradır. 

Bundan əlavə, tərkibində az miqdarda lif olduğu üçün irmik yemək qan şəkərinin səviyyəsinin kəskin artmasına səbəb olur. Mütəxəssisin sözlərinə görə, bu taxıl, məsələn, qarabaşaq yarmasından fərqli olaraq, ən yüksək qlisemik indeksə malikdir.

Fərid