“Biz 17 iyulda tarixi bitən “Taxıl sazişi”nin müddətinin daha üç ay uzadılacağına ümid edirik. Lakin iki il uzadılmasının tərəfdarıyıq”.

Foodinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Ümid edirəm ki, iyulun 17-dən sonra “Taxıl sazişi”nin müddəti yenidən uzadılacaq. Ən azı üç ay uzadılacağını gözləyirik, lakin iki il uzadılmasının tərəfdarıyıq. Biz sazişin iki il müddətinə uzadılmasına çalışacağıq”,- deyə o bildirib.