Türkiyənin Hakkari vilayətində qida zəhərlənməsi qeydə alınıb. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, Yüksekova bölgəsində 56 şagird zəhərlənib. Onlar məktəbdə günorta yeməyindən sonra səhhətlərində problem hiss ediblər.
Xəstəxanaya çatdırılan şagirdlərin vəziyyətinin yaxşı olduğu bildirilir.
Nurlan