Zəhərli olmayan və zəhərli göbələklərin müəyyən fərqləndirici xüsusiyyətləri yoxdur.
Foodinfo.az xəbər verir ki, zəhərli və qeyri-zəhərli göbələklər arasındakı fərqi yalnız görünüşlə müəyyən etmək olmaz. Çox oxşar göbələk növlərindən biri zəhərli olsa da, digəri yeməli ola bilər. Göbələk zəhərlənmələrinə xüsusilə yağışlı mövsümlərdə daha çox rast gəlinir.
Göbələklərin yabanı növlərinin istehlakı zamanı mədə-bağırsaq sistemində, mərkəzi sinir sistemində (MSS), qaraciyər və böyrəklərdə toksik təsirlər yarana bilər. Bu təbii ərazilərdə bitən, tərkibində zəhərli maddələr olan göbələklərin çiy və bişmiş halda yeyilməsi nəticəsində inkişaf edən və ölümlə nəticələnən ağır zəhərlənmədir.
Göbələk zəhərlənməsi çox sadə şəkildə qarşısı alına bilən zəhərlənmə növüdür və zəhərlənmənin qarşısını almağın yeganə yolu təbii ərazilərdə yetişdirilən göbələkləri yeməməkdir. Onların əvəzinə becərilən göbələklərə üstünlük verilə bilər.
Göbələk zəhərlənməsinin müalicəsində tətbiq oluna biləcək ümumi bir müalicə üsulu yoxdur. Göbələk növü, yeyilən göbələk miqdarı, yoluxma yolu, bişirilməsi, yemək üsulu, göbələyin yığıldığı yer və zəhərlənmə dərəcəsi göbələk yeyən şəxsin fiziki xüsusiyyətlərinə görə dəyişir.
Zəhərlənmə əlamətlərinə səbəb olan göbələklər yeyildikdə başgicəllənmə, yuxululuq, aşağı təzyiq, bulanıq görmə, üz və boyunda qızartı, nəbzin artması, ağızda metal dadı, ürəkbulanma və qusma, tərləmə müşahidə edilə bilər. Göbələkdə aşkar edilən zəhərli maddənin xüsusiyyətlərinə görə, qəbul edildikdən 6 saat sonra inkişaf edə biləcək zəhərlənmə əlamətləri ürəkbulanma, qusma, ishal, qızdırma, ürək döyüntüsü, daha sonra qaraciyər və böyrəklərdə pozğunluqlar və bu orqanların pozulması ilə bağlı əlamətlərdir.