Adrenalin həzmin düşmənidir, ona görə də yemək yeyərkən döyüş filmlərinə baxmaq və xəbərləri izləmək məsləhət görülmür. Bunun əvəzinə, klassik musiqiyə qulaq asmaq daha yaxşıdır.

Foodinfo.az xəbər verir ki, bu barədə qastroenteroloq Vladimir Neronov tövsiyə verib.

“Xəbərlərə baxmayın, döyüş filmlərinə baxmayın, sosial şəbəkələrdə lenti izləməyin, telefonla danışmayın, kitab oxumayın, klassik musiqiyə qulaq asın və ya sakit interyerə baxın”, -  deyə həkim xəbərdarlıq edib.

Neronov həddindən artıq yeməməyə kömək edəcək qaydaları da sadalayıb. O vurğulayıb ki, toxluq təkcə mədənin tox olması ilə deyil, həm də qanda qlükozanın səviyyəsi ilə ifadə edilir. Buna görə də, kiçik porslarla yemək və yaxşıca çeynəmək lazımdır. Yemək, həmçinin, ayaqüstü yeyilməməlidir.

Leyla