Demək olar ki, hər gün yumurtadan istifadə edirik. Foodinfo.az bu yazıda yumurtanın təzəliyini müəyyən etmək, yumurtanın sarısını ağından ayırmaq və yumurta qaynadarkən çatlamaması üçün bəzi nüansları qeyd edir.
1- Yumurtanın təzə olub olmadığını necə təyin etmək olar:
Bəzən elə olur ki, yumurta qabığındakı son istifadə tarixi silinir və ya ümumiyyətlə tarix yazılmır. Yumurtanı qırmadan təzə olub-olmadığını müəyyən etmək üçün nə edə bilərik?
Sağlam bir yumurtanı tanımaq üçün dərin bir qabı su ilə doldurun. Yumurtanı suyun səthinə yumşaq bir şəkildə atın. Yumurta qabın dibinə nə qədər yaxındırsa, bir o qədər təzə olur. Və suyun səthinə çıxırsa, köhnə olma ehtimalı var.
Qeyd: yumurtanı sındırdığınız zaman onun sarısı ilə ağı bir-birinə qarışıb, pis iy verirsə, demək yumurta xarabdır.
2- Yumurtaların qaynadarkən çatlamaması üçün məhlul
Yumurtanı qaynadarkən çatlamaması üçün aşağıdakı məqamlara diqqət yetirin:
Yumurta qabını qaynamağa başlayana qədər bağlamayın.
Yumurta soyuducudadırsa və soyuqdursa, bir az ilıq su töküb alova qoymaq daha yaxşıdır.
Yumurta suyuna bir az duz və ya limon suyu tökün.
3- Yumurtanın sarısı və ağını necə ayırmaq olar:
Çox vaxt keks və şirniyyat bişirmək üçün yumurtanın sarısı və ağını ayırmaq lazım gəlir.
Bıçağın küt tərəfi ilə və ya çəngəl ilə yumurta tən ortadan sındırılır, sonra isə iki yerə ayrılır. Belə halda ağın bir hissəsi boşqaba tökülür.
Digər üsul
Yumurta sındırılıb bir boşqaba boşaldılır, sonra butulkanı biraz sıxıb və ağzını sarısına yaxınlaşdırıb sıxmanı azaltmaq lazımdır.
Şəbnəm