ABŞ-da "YouTube" bloqeri Metyu Bim qeyri-adi "iPhone" təqdim edib. 

Foodinfo.az xəbər verir ki, 84 düym ekrana və 1,8 metr hündürlüyə malik, yəni insan boyunda olan nəhəng ölçülü bu smartfon tam işləkdir.

"iPhone 14 Pro Max Plus Ultra" adlanan qadcetin çəkisi 226 kq-dır. Cihazın yüksək keyfiyyətli fotoşəkillər çəkə bilən üçlü kamerası var. Qadcetdə NFC-çip quraşdırılıb və əgər kiminsə belə bir iPhone-dan istifadə edərək kontaktsız ödəniş etmək istəsə. bu, tamamilə realdır.

"14 Pro Max Plus Ultra"nın əməliyyat sistemi orijinal "iPhone 14"ün üslubunu immitasiya edən "Android" emulyatorudur.

Belə bir cihazın kimə lazım olacağı və satılıb-satılmayacağı məlum deyil.

Nərmin