Melburn Texnologiya Universitetinin alimləri göbələk əsasında odadavamlı yeni material hazırlayıblar. O, yanğına davamlı örtük yaratmaq üçün istifadə edilə bilər.

Foodinfo.az xəbər verir ki, söhbət orqanik tullantılardan yetişdirilə bilən nazik miselium (ota bənzəyən göbələk gövdəsi) listlərindən gedir.

Listlərin yaradılması üsulu, miselium tellərinin bütövlüyünü qorumaq üçün yetişdirmə şəraitinə və müxtəlif kimyəvi maddələrə məruz qalmaqlarına nəzarətə əsaslanır. Bu material yanğına və ya yüksək temperatura məruz qaldıqda termoqoruyucu yanmış təbəqə əmələ gətirir və bu zaman zəhərli maddələr və kəskin tüstü buraxmır.

Plastik əsaslı üzlük panelləri ilə müqayisədə göbələk materialı ekoloji cəhətdən daha təhlükəsiz bir alternativdir.

Tərkibində insan, heyvan və ətraf mühitin sağlamlığına zərər verə biləcək zəhərli antipirenlər (yanmayan maddələr) yoxdur. Yanma prosesində yalnız su və az miqdarda karbon qazı əmələ gəlir.

Leyla