Həkimlər az da olsa sutkada limon yeməyi tövsiyə edir. Bu sitrus meyvəsində xolesterin yoxdur, çoxlu kaliy, B, C, A vitaminləri var. Çox miqdarda pektinə görə limon həzm sisteminə da yaxşı təsir edir. Foodinfo.az  medicina.az-a istinadla gündə bir dəfə limon yeyəriksə, orqanizmdə nələr baş verəcəyini təqdim edir. Limonun 4 əsas təsiri: - Sutkalıq C vitamini ehtiyacının 50%-ni ödəyir - Toksinləri çıxarır - Bakterisid və iltihab əleyhinə təsir edir - Qanı duruldur Diyetoloqlar bildirir ki, limon iştahı artırır, mədə-bağırsaq, damar spazmlarını aradan qaldırır, beynin işini normallaşdırır. Əhvalı yaxşılaşdırır, dəri problemlərini həll edir, yorğunluğu aradan qaldırır. Limonu hər gün yemək lazımdır. Lakin normanı aşmaq olmaz. Limonun sutkalıq yol verilən miqdarı 2-3 dilimdir. Ondan çox qəbul etmək, baş gicəllənmə, baş ağrısı, mədə turşuluğu və C vitaminin çoxluğu sindromu ilə qarşılaşa bilərsiz. Limonu alma kimi bütöv halda yemək olmaz. Doza həddini aşdıqda, 3 həftə ərzində onun qəbulunu dayandırıb, bol su içmək lazımdır. Kimlərə olmaz: - 3 yaşa kimi uşaqlara - Qastrit və mədə xorası olanlara - Mədəaltı vəzi xəstəliyində