Həkimlər əllərin niyə əsdiyini izah ediblər. Tremor (əsmə) yalnız əllərdə deyil, həm də ayaqlar, göz qapaqları, baş və ya bütün bədəndə ola bilər. Əsmə birtərəfli və ya simmetrik ola bilər.

Foodinfo.az xəbər verir ki, sağlamlıq üçün təhlükəli olmayan fizioloji tremor var - fiziki və ya emosional cəhətdən həddindən artıq yorulma nəticəsində yaranır və  öz-özünə keçir. Belə əsmənin səbəbi beyində sinir siqnallarının ötürülməsinin pozulmasıdır və bu vəziyyət həm qısamüddətli, həm də uzunmüddətli ola bilər.

Bədənin inkişaf xüsusiyyətlərinə görə meydana gələn yeniyetmə tremoru da müşahidə oluna bilər. Bu tremor dərmanlar vasitəsi ilə aradan qaldırılır.

Əsmə həm də alkoqol, narkotik və ya digər stimullaşdırıcı dərmanlar səbəbindən baş verə bilər.

Nurlan