Baltik Federal Universitetində (BFU) innovasiyalara dəstək proqramına start verilib. 

Foodinfo.az xəbər verir ki, ilk iki layihə soyuducu parça və əməliyyat üçün ultranazik saplar olub.

Belə ki, Baltik Federal Universitetinin “Fabrika” elm və texnologiya parkında "ağıllı" tekstil məhsulları hazırlayan “Smarttextiles” startap laboratoriyası açılıb. Bu laboratoriyada soyuducu xüsusiyyətlərə malik tekstil məhsulları və ultranazik cərrahi saplar yaradılacaq. Laboratoriyanın tərəfdaşı innovativ məhsulların istehsalı üzrə ixtisaslaşmış "Amperetex" şirkəti olub.

Bildirdiyimiz kimi, laboratoriyada iki innovativ layihə həyata keçiriləcək. Birincisi, soyuducu tekstil texnologiyasının hazırlanmasıdır. Bu effekt tibb və idmanda, isti iqlimlərdə və digər xüsusi məqsədlər üçün faydalı olacaq. 

İkinci layihə isə poliamid əsasında ultranazik cərrahi tikiş saplarının yaradılması ilə bağlıdır. Bu material damar, ürək və neyrocərrahiyyədə faydalı olacaq. Rusiya bazarında daha öncə belə kiçik diametrli saplar olmayıb.

BFU-nun startap studiyası artıq üç startap şirkəti yaradıb, daha altısı isə qeydiyyat mərhələsindədir. Universitet tələbələrə və universitet işçilərinə potensiallarını üzə çıxarmağa və bazara innovativ həllər gətirməyə kömək edən "Universitetlərin Texnoloji Sahibkarlığı Platforması" adlı federal layihəni həyata keçirir. Layihə çərçivəsində sahibkarlıq bacarıqlarının inkişafı və layihələrin dəstəklənməsi məqsədilə təlimlər və akseleratorlar keçirilir. Qaliblərə 1 milyon rubla qədər maliyyə dəstəyi təqdim edən "Tələbə Startapı" adlanan qrant proqramı da işə salınıb.

Leyla