ABŞ-ın Men ştatının Portlend şəhərinin sakini Piter Pray ən nadir xərçəng tutub. Foodinfo.az Rusiya mətbuatına istinadla xəbər verir ki, balıqçı ardıcıl olaraq əvvəlcə iki, sonra isə bir narıncı xərçəng tuta bilib.
İndiyə qədər bu unikal heyvanlar Portlendin liman bölgəsindəki restoranlardan birində akvarumda saxlanılır və insanlar onları görmək üçün gəlirdilər. Kişi tutduğu xərçəngləri tədqiqat üçün alimlərə verməyə hazır olduğunu, lakin, onlara zərər vermədən qaytarılaraq yenidən okeana buraxmaq istədiyini bildirib.
Qeyd edək ki, alimlər hesab edirlər ki, xarakterik olmayan rəngli xərçəngkimilər genetik mutasiya nəticəsində doğulur. Qeyri-adi rəng bu xərçəngləri yırtıcılar üçün daha cəlbedici edir, buna görə də onlar nadir hallarda vəhşi təbiətdə sağ qalırlar.
Leyla