ABŞ sakini Gary Lucky siqaret alan zaman lotereya bileti də alıb və varlanıb. Foodinfo.az bildirir ki, bu barədə Arkanzas Təqaüd Lotereyası məlumat yayıb.

Arkanzas ştatının Pine Bluff şəhərindəki Pauls Discount Tobacco mağazasında siqaret alan kişi Powerball Quick Pick bileti də almağa qərar verib. O, dərhal biletini mağazada skan edərək yoxlayıb 50 min dollar qazanıb. Kişi pulun bir hissəsini kilsəyə bağışlamağı, qardaş və bacıları ilə bölüşməyi planlaşdırır.

Fərid