Son zamanlar sosial şəbəkələrdə qəhvəyə limon əlavə etmək dəbi geniş yayılıb. Foodinfo.az xəbər verir ki, bu qarışımın arıqladıcı və enerji verici təsir göstərdiyi iddia olunur. Lakin mütəxəssislər bu trendin sağlamlıq üçün düşündüyümüz qədər faydalı olmadığını bildirirlər.

Kofein və sitrus turşusunun birləşməsi bəzi insanlarda mədə turşuluğunu artıra və qıcqırma yarada bilər. Xüsusilə həssas mədəyə malik olan şəxslər üçün bu qarışım ciddi narahatlıqlar doğura bilər. Eyni zamanda limonun turşuluğu diş minasını zəiflədə və diş ərplərinin əmələ gəlməsinə səbəb ola bilər.

Bəzi araşdırmalara görə, limonlu qəhvənin metabolizmə təsiri azdır və gözlənilən arıqlama effekti elmi əsaslara söykənmir. Bundan əlavə, bu içkinin mədə-bağırsaq traktında narahatlıq yaratma ehtimalı da yüksəkdir. Qısa müddətli enerji effekti bəzi hallarda ürək döyüntülərinin artmasına səbəb ola bilər. Qəhvəyə əlavə edilən limon bəzən təbii deyil, süni limon ətirli konsentrat ola bilər ki, bu da orqanizm üçün əlavə kimyəvi yük yaradır.

Mütəxəssislər xəbərdarlıq edir ki, sosial media trendlərinə kor-koranə uymaq əvəzinə, sağlam qidalanma prinsiplərinə sadiq qalmaq daha doğrudur. Qəhvəyə limon əlavə etmək yeni dəb olsa da, onun zərərləri nəzərə alınmalıdır.