
Intermittent fasting (IF), yəni müəyyən vaxt aralıqları ilə qidalanma, son illərdə məşhurlaşmış qidalanma tərzidir. Foodinfo.az bildirir ki, bu pəhriz modelində müəyyən saatlarda yemək yemək və digər vaxtlarda orqanizminə fasilə vermək əsas prinsipdir.
Tədqiqatlar göstərir ki, IF üsulu bədəndə insulin səviyyələrini aşağı sala bilər və bu, şəkərli diabet riski olan insanlar üçün faydalı ola bilər. Eyni zamanda, bu pəhriz üsulu kilo vermək istəyənlər üçün də effektli ola bilər, çünki pəhriz müddətində qida qəbulunun məhdudlaşdırılması, kalorilərin azalmasına və nəticədə çəkinin itirilməsinə səbəb olur.
Lakin, IF üsulunun uzunmüddətli tətbiqi bəzi sağlamlıq problemlərinə yol aça bilər. Məsələn, IF tətbiq edən bəzi insanlar özlərinin normal həyat tərzini davam etdirməkdə çətinlik çəkə bilər və çoxu bədəndə əskik vitamin və mineralların yaranmasına səbəb ola bilər. Bəzi mütəxəssislər, bu pəhriz formasının qeyri-sabit əhval-ruhiyyə, qidalanma pozğunluqları və hormonal balanssızlığa gətirib çıxara biləcəyini qeyd edirlər. Bütün bunlarla yanaşı, IF metodu sağlamlıq vəziyyətinə görə fərdi yanaşma tələb edir və mütəxəssislə məsləhətləşilmədən tətbiq edilməsi məsləhət deyil.