
Qırmızı turp qaraciyərin detoks proseslərinə yardımçı qida kimi tanınır. Onun tərkibindəki antioksidantlar toksinlərin parçalanmasını sürətləndirə bilir. Xüsusilə sulforafan maddəsi qaraciyərin enzim fəaliyyətini artırır.
Foodinfo.az xəbər verir ki, bu da orqanizmin kimyəvi yüklənməyə qarşı dayanıqlığını gücləndirir. Turp həm də C vitamini ilə zəngindir və iltihab əleyhinə təsir göstərir. Mütəmadi istifadəsi yağlı qaraciyər riskini azalda bilər. Eyni zamanda safra axınını artıraraq həzmi yüngülləşdirir. Qırmızı turpun tərkibindəki liflər bağırsaq fəaliyyətini də tənzimləyir.
Təzə halda salatlara əlavə edilməsi məsləhətdir. Qaraciyər üçün təbii dəstək axtaranlar üçün gündə 100-150 qram qırmızı turp kifayətdir. Lakin turp mədə turşuluğunu artırdığı üçün mədə problemi olanlar ehtiyatla istifadə etməlidirlər. Təbii və əlçatan qaraciyər yardımçısıdır.