Pensilvaniya Universitetindən bir qrup qrip və herpes viruslarını zərərsizləşdirə bilən unikal saqqız yaradıb. Yeni məhsulun əsasını Lablab purpureus bitkisinin paxlasından əldə edilən FRIL proteini təşkil edir ki, bu da viruslarla aktiv şəkildə birləşərək onların yayılmasının qarşısını alır.

Foodinfo.az xəbər verir ki, Molecular Therapy jurnalında dərc edilən araşdırmaya görə, iki qramlıq saqqızda cəmi 40 mq FRIL proteini virus yükünü 95% azaltmaq üçün kifayətdir. Bu, yoluxucu xəstəliklərin qarşısının alınması üçün perspektivlər açır, çünki virusların ötürülməsində ağız və boğaz əsas rol oynayır.

İnkişafın özəlliyi onun təhlükəsizliyi və istifadəsi asanlığındadır. Saqqız bütün tələblərə uyğun hazırlanır və müntəzəm istifadəyə yararlıdır.

Üstəlik, alimlər quş qripinin yayılmasının qarşısını almaq üçün heyvan yemində lobya tozundan istifadə etməyi düşünürlər.