
Qara üzüm bənövşəyi rənginin arxasında gizlənmiş sağlamlıq xəzinəsidir. Onun tərkibindəki resveratrol maddəsi qan damarlarını genişləndirərək ürək-damar sistemini qoruyur. Bu maddə həmçinin xolesterini tənzimləyir, damar sərtliyinin qarşısını alır. Foodinfo.az bildirir ki, qara üzüm qan dövranını sürətləndirir, beyin və ürəyə daha çox oksigen daşınmasına şərait yaradır.
Onun antioksidant təsiri hüceyrə zədələnməsinin qarşısını alır və yaşlanmanı yavaşladır. Həmçinin tromb yaranmasının qarşısını alaraq insult riskini azaldır. Dərinin elastikliyini qorumaq və qırışların qarşısını almaq üçün də faydalıdır. Qara üzümün qabığında və tumunda faydalı birləşmələr daha çoxdur – buna görə bütöv şəkildə yeyilməsi tövsiyə olunur. Gündə bir ovuc qara üzüm qanı təmizləyir, bədəni enerji ilə doldurur.
Onun tərkibindəki təbii şəkərlər orqanizmi yormadan enerji verir. Bu meyvə həm ürəyə, həm beyinə, həm də dəriyə qulluq edir – sanki bir meyvədə üç dərman. Qara üzüm – qan axınına bənövşəyi bir təravət gətirir.