Məhdud enerji istehlakı, kökəlmə qorxusu və davranışla xarakterizə olunan, bədən çəkisinin az olmasına baxmayaraq çəki artımını çətinləşdirən, bədən çəkisinin nəzərə çarpacaq dərəcədə aşağı olması və bədən quruluşunun pozulması ilə xarakterizə olunan bir xəstəlikdir.
Foodinfo.az xəbər verir ki, psixoloq Özgə Nur anoreksiya əlamətləri haqqında bunları bildirir:
? Anoreksiyalı insanlar əsasən belə bir problemi olduğunu qətiyyətlə inkar edərlər;
? Normal və ya sağlamlıq baxımından çox zəifdirlər;
? Kökəlməkdən çox qorxarlar;
? Normal çəkidə qalmaqdan imtina edərlər;
? Çox zəif olsalar belə kök olduqlarını düşünərlər;
Anoreksiyaya meyilli olanların şəxsiyyət xüsusiyyətləri:
? Özünə inamsızlıq;
? Qəzəb, kədər və ya qorxu kimi mənfi hisslər;
? Digər insanları məmnun etmə ehtiyacı;
? Mükəmməllik və ya gördüyü hər işdə ən yaxşı olmağa çalışmaq;
? Nəzarətdə olmaq ehtiyacı;
? Diqqət çəkmə ehtiyacı;
? Valideynlə problemli münasibət;
? Ailədən ayrı qalmaqda və ya müstəqil olmaqda çətinliklər;
? Ailənin yüksək gözləntiləri;
? Böyüməklə və ya cinsi olaraq inkişaf etməklə (yeniyetməlikdəki fiziki dəyişikliklər daxil) bağlı qorxu;
? Şəxsiyyət problemləri - kim olduğu və həyatının necə yönləndirməsi gərəkdiyindən əmin olmamaq.
Erkən diqanoz və müalicə anoreksiya ilə mübarizəni çox asanlaşdırır. Müalicə sağlam bir çəkiyə çatmağa, daha yaxşı hiss etməyə, daha yaxşı və sağlam yemək vərdişləri əldə etməyə imkan verir. Anoreksiya həm fiziki həm də emosional bir problemi olduğu üçün: həkim, diyetoloq və bir psixi sağlamlıq məsləhətçisi ilə aparılan müalicə daha müsbət nəticə verməkdədir.
Son xəbərlər
- Alimlər şəkər və yağlı ətdən daha zərərli qidaları açıqlayıb
- Ballı çay şəkərli çaydan daha faydalıdırmı?
- 47 dollara toyuq döşü, 8 dollara bir banka qəhvə: Arktikada həyat nə neçəyədir?
- Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
- Şəkərli diabetə tutulma riskini azalda bilən şokolad
- Kakao beyin və ürək üçün faydalıdır