Soyuq fəsillərdə bədəni və ruhu balansda saxlamağın ən sadə yollarından biri rahatlıq və isti içkilərdən zövq almaqdır.
Foodinfo.az bildirir ki, klinik psixoloq Lyudmila Sajina qış aylarında çay və kakaonun yalnız istilik deyil, həm də emosional dəstək verdiyini bildirib.
Mütəxəssis qeyd edib ki, insanlar bu günlərdə daim məhsuldarlıq və effektivlik axtarışında olduqları üçün dincəlməyin dəyərini unudurlar. Onun fikrincə, insan bədəninin və zehninin bərpası üçün sakitlik və rahatlıq hissi vacibdir.
Sajina vurğulayıb ki, qışda xoşbəxtlik gətirən səbəblər çoxdur – isti içkilər, evdəki rahatlıq, yaxınlara qayğı və kiçik gündəlik sevinc anları. Bu cür sadə detallara diqqət yetirmək insanın psixoloji balansını qoruyur və mövsümi yorğunluğun qarşısını alır.
Ekspertin sözlərinə görə, orqanizmi enerjili saxlamaq üçün mühitdə istilik, harmoniya və emosional rahatlıq yaratmaq vacibdir. “Özünüzə bir fincan isti çay və ya kakao hədiyyə edin, bu, həm ruhu, həm də bədəni isinidir”, – deyə psixoloq əlavə edib.
Sajina bildirib ki, qış mövsümünü daha yüngül keçirmək üçün əsas sirr tələsməmək, sakitliyə vaxt ayırmaq və gündəlik kiçik xoşluqlardan zövq almaqdır.






