“Rahat” marketlər şəbəkəsi müştəriləri üçün yeni endirim kampaniyası elan edib.
Foodinfo.az xəbər verir ki, “Rahatın marketlərində “Pampers” uşaq bezi 12 faiz ucuzlaşacaq.
Belə ki, hazırda 5,16 manat olan uşaq bezi fevralın 5-dən 4,55 manata satılacaq.
Qeyd edək ki,”Rahat” marketlər şəbəkəsi 2009-cu ilin may ayından yerli bazarda ticarət və pərakəndə satış fəaliyyətinə başlayıb. Hazırda Bakı şəhərinin müxtəlif nöqtələrində “Rahat” brendi altında 22 market fəaliyyət göstərir.