Sağlam qidalanmanın çətin olmadığını, sadəcə düzgün vərdişlərin formalaşdırılması ilə gündəlik həyatın bir hissəsinə çevrilə biləcəyi bildirilir.
Foodinfo.az xəbər verir ki, ilk olaraq, günə mütləq səhər yeməyi ilə başlamaq tövsiyə olunur. Səhər yeməyi maddələr mübadiləsini aktivləşdirir və gün ərzində enerji səviyyəsini artırır.
İkinci vacib məqam su istehlakıdır. Gün ərzində kifayət qədər su içmək həm həzmi yaxşılaşdırır, həm də artıq yeməyin qarşısını ala bilər.
Hazır və emal olunmuş qidalardan uzaq durmağı da məsləhət görür. Evdə hazırlanmış yeməklər daha sağlam və nəzarətli olur.
Digər tövsiyə porsiyalara diqqət etməkdir. Həddindən artıq yemək sağlam qidalanmanın effektini azaldır.
Gündəlik menyuya tərəvəz və meyvələrin əlavə olunması da mühüm sayılır. Bu qidalar vitamin və lif baxımından zəngindir.
Tam taxıllı məhsullara üstünlük vermək də sağlam seçimlər arasındadır. Onlar daha uzun müddət toxluq hissi yaradır.
Şəkərli içkilərin azaldılmasını və mümkün qədər təbii alternativlərin seçilməsini tövsiyə edir.
Yeməkləri tələsmədən, yavaş-yavaş yemək də vacibdir. Bu, həm həzmi yaxşılaşdırır, həm də artıq qidalanmanın qarşısını alır.
Həftəlik qida planı hazırlamaq sağlam qidalanmanı daha sistemli və asan edir.
Sonda isə qeyd edək ki, qadağalar qoymaq əvəzinə balanslı qidalanma prinsipi seçilməlidir. Bu yanaşma uzunmüddətli və davamlı nəticələr verir.






