Saqqızın zərərli olması ilə bağlı miflərə baxmayaraq, o, dişlər üçün faydalıdır.
Foodinfo.az xəbər verir ki, bu barədə stomatoloq-ortoped Vladimir Yeşidorjiyev "RİA FederalPress"ə danışarkən deyib.
Belə ki, onun fikrincə, saqqız diş plombunu çıxara bilməz, lakin lövhə və qida qalıqlarını yaxşı təmizləyir.
Həkim saqqız çeynəmə prinsipini belə izah edib: o, diş lövhəsi əmələ gətirən turşuları zərərsizləşdirməyə kömək edir. Bu təsir çeynəmə zamanı artan tüpürcək ifrazı sayəsində əldə edilir. Dişlərə yapışan yemək qalıqlarına gəldikdə isə, hər şey olduqca sadədir - saqqız onları "mexaniki olaraq" çıxarır.
"Siz dişlərinizi fırçalamağı əvəz etməyə çalışmayaraq, saqqızdan normada istifadə etməlisiniz. O zaman faydası olacaq", - deyə stomatoloq vurğulayıb.
Düzgün istifadə edildikdə saqqız dişlər üçün zərərli olmasa da, qastroenteroloqların və nevroloqların fikrincə, saqqız çeynəmək mədə-bağırsaq problemlərini gücləndirə və ya gicgah-çənə oynağı disfunksiyası olan insanlarda şiddətli baş ağrılarına səbəb ola bilər.
Nurlan