Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə ADA Universitetinin “Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbi”nin tələbələri ilə görüş keçirilib. 

Foodinfo.az xəbər verir ki, görüşdə tələbələrə Agentliyin fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində görülən işlər barəsində geniş məlumat verilib, təqdimatlar nümayiş etdirilib. 

Eyni zamanda Agentliyin tabeliyində Qida Təhlükəsizliyi İnstitutunun, habelə “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun fəaliyyətindən bəhs olunub. 

İştirakçılara işə qəbul proseduru və karyera imkanları haqqında məlumat verilib, tələbələrin dövlət qulluğu, Agentlikdə təcrübə keçmək imkanları barədə sualları cavablandırılıb.