Fevralın 27-də Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb.
Foodinfo.az xəbər verir ki, monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Tovuz, Masallı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 8 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.