Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

Foodinfo.az Agentliyə istinadən xəbər verir ki, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Jenuessa Global Azerbaijan” MMC-yə məxsus ümumi sayı 6000 ədəd “Nevo” əmtəə nişanlı enerji içkisi “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, fiziki şəxs Diniyev Kənan Cəlal oğluna məxsus ümumi sayı 128 ədəd qablaşdırılmış turşu məhsulu, “GFC” MMC-yə məxsus ümumi çəkisi 19 ton dondurulmuş toyuq əti məhsulu “Təmiz-Şəhər” ASC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, “Aqro-Vest DC” MMC-yə məxsus ümumi çəkisi 37,5 ton müxtəlif növ qida məhsulu, “Milla Dairy" MMC-yə məxsus 7 adda 12,293 ton müxtəlif növ dondurma məhsulu isə “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.